Ötən ay klinikalarla bağlı neçə protokol tərtib edilib? - Rəsmi

Cəmiyyət Materials 1 İyun 2026 14:28 (UTC +04:00)
Ötən ay klinikalarla bağlı neçə protokol tərtib edilib? - Rəsmi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin may ayı ərzində Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 32 yoxlama aparılıb. Onlardan, 14 planlı və 18 plandankənar yoxlama olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, planlı yoxlama zamanı 13 inzibati xəta haqqında protokol tərtib edilib. Plandankənar yoxlama zamanı 20 inzibati xəta haqqında protokol tərtib edilib.

"Plastik cərrahiyyə fəaliyyəti ilə bağlı hər hansı inzibati xəta haqqında protokol tərtib edilməyib", - məlumatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti