Qubanın 3 kəndinin adı dəyişdirilib

Siyasət Materials 1 İyun 2026 14:54 (UTC +04:00)
Qubanın 3 kəndinin adı dəyişdirilib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Qubanın bir sıra ərazi vahidlərinin adları dəyişdirilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib.

Qanuna əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılıb və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab edilir.

Bundan başqa Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilir.

Xəbər lenti

Xəbər lenti