Motosikletlər üçün ödənişli yolda gediş haqqı müəyyənləşdirilib

Gündəm Materials 1 İyun 2026 15:27 (UTC +04:00)
Motosikletlər üçün ödənişli yolda gediş haqqı müəyyənləşdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Tarif (qiymət) Şurası Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli hissəsindən istifadə edən motosikletlər üçün gediş haqqını təsdiqləyib.

Trend xəbər verir ki, qərar Şuranın 1 iyun 2026-cı il tarixində keçirilən növbəti iclasında qəbul olunub.

Qərara əsasən, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə motosiklet nəqliyyat vasitələrinin hərəkəti üçün ödəniş məbləği 1 kilometrə görə 4,65 qəpik müəyyən edilib.

Bununla yanaşı, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsində motosikletlərin hərəkəti üçün tarif 1 kilometrə 5 qəpik təşkil edəcək.

Qeyd edək ki, yeni tariflər Tarif (qiymət) Şurasının qərarı ilə təsdiqlənib və ödənişli avtomobil yollarından istifadə edən motosiklet nəqliyyat vasitələrinə şamil olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti