İnfrastruktur inteqrasiyası və kapital bölgüsü əsas çağırışlardır - SOCAR

İqtisadiyyat Materials 1 İyun 2026 15:36 (UTC +04:00)
İnfrastruktur inteqrasiyası və kapital bölgüsü əsas çağırışlardır - SOCAR
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası və kapitalın düzgün yönləndirilməsi SOCAR üçün əsas çağırışlar olaraq qalır.

Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində deyib.

Onun sözlərinə görə, mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların tətbiqi mürəkkəb prosesdir, çünki bu sistemlər bir-biri ilə sıx bağlı və “canlı orqanizm” kimi fəaliyyət göstərir: "Bu səbəbdən bir sahəyə müdaxilə digər onlarla sahəyə təsir göstərə bilər ki, bu da xüsusilə hasilat obyektlərində prosesləri daha da çətinləşdirir. Əsas çətinliklərdən biri də kapitalın düzgün bölüşdürülməsidir. Metan emissiyalarının azaldılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır, çünki metan həm də iqtisadi dəyərə malik məhsuldur və onun itkisi birbaşa maliyyə zərəri yaradır".

SOCAR rəsmisi qeyd edib ki, bir çox hallarda metan emissiyalarının azaldılmasına yönələn layihələr iqtisadi baxımdan əsaslandırıla bilir, çünki uzunmüddətli perspektivdə bu layihələr qənaət edilən qaz hesabına xərclərin kompensasiyasına imkan verir.

"Metan istixana effekti baxımından karbon qazından təxminən 28–30 dəfə daha güclü təsirə malik olduğu üçün bu istiqamət şirkət üçün prioritet sahələrdən biri hesab olunur. Hazırkı mərhələdə həm infrastruktur inteqrasiyası, həm də investisiyaların səmərəli yönləndirilməsi SOCAR-ın qarşılaşdığı əsas strateji çağırışlardır", - o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti