Rusiyadan Ermənistana daha bir qadağa

Dünya xəbərləri Materials 1 İyun 2026 18:12 (UTC +04:00)
Rusiyadan Ermənistana daha bir qadağa
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Fedaral Xidməti (Rosselxoznadzor) Ermənistan müəssisələrində istehsal olunan balıq məhsulları üzərində aparılmış təftişlərin nəticələrinin qənaətbəxş olmadığını bildirib. Nəticə etibarı ilə, qurum Ermənistandan iyunun 2-dən etibarən Rusiyaya ixracı nəzərdə tutulmuş diri balıq və balıq məhsullarının sertifikatlaşdırılmasının dayandırılmasını tələb edib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Balıq emalı müəssisələrində yoxlamalar 21–27 may tarixlərində, o cümlədən forelin saxlanılması və yetişdirilməsi üzrə vətəqələrdə aparılıb. Rosselxoznadzorun məlumatına görə, müəssisələrin 50 faizi yoxlamadan imtina edib.

Yalnız iki müəssisə təftiş prosesindən keçib. Onların məhsulları Rusiya ərazisinə təhlükəsizlik göstəriciləri üzrə laborator monitorinq şərti ilə idxal ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti