Bərpa olunan enerji sahəsində daha çox iş görməliyik - Niderland XİN (ÖZƏL)

Energetika Materials 1 İyun 2026 17:43 (UTC +04:00)
Bərpa olunan enerji sahəsində daha çox iş görməliyik - Niderland XİN (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Niderlandda Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün, ələlxüsus da, dənizdə külək enerjisi və hidrogen enerjisi sahələrində əhəmiyyətli potensialın mövcud olduğunu qeyd edirlər.

Bu barədə Niderland Xarici İşlər Nazirliyinin əlaqəlilik məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında mövcud əməkdaşlıq səviyyəsinin daha da genişləndirilməsi üçün imkanlar var, xüsusilə bərpa olunan enerji sektorunda.

“Düşünürəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Neft-qaz sektorunda artıq müəyyən əlaqələr mövcuddur, lakin bərpa olunan enerji sahəsində, xüsusən də dənizdə külək enerjisi və hidrogen istiqamətlərində daha çox iş görməliyik. Məhz buna görə bu gün buradayam”, – deyə o vurğulayıb.

Niderland XİN nümayəndəsi qeyd edib ki, əməkdaşlığın ən perspektivli istiqamətləri qısamüddətli perspektivdə dənizdə külək enerjisi, uzunmüddətli perspektivdə isə hidrogen energetikasıdır.

“Dənizdə külək enerjisi yaxın gələcəyin istiqamətidir, çünki burada artıq əhəmiyyətli imkanlar mövcuddur. Hidrogen isə daha uzunmüddətli perspektivdir”, – deyə o bildirib.

O əlavə edib ki, Niderland Xəzər regionunun yüksək potensialını nəzərə alaraq, dənizdə külək elektrik stansiyalarının tikintisi və istismarı sahəsində öz təcrübəsini bölüşməyə, həmçinin hidrogen texnologiyaları üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Bundan əlavə, Niderland XİN nümayəndəsi qeyd edib ki, tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri, o cümlədən nəqliyyat və xarici işlər nazirliklərinin müavinləri, eləcə də energetika naziri ilə bir sıra görüşlər planlaşdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti