Niderland dənizdə külək enerjisi sahəsində əməkdaşlığa hazırdır

Yaşıl iqtisadiyyat Materials 1 İyun 2026 17:44 (UTC +04:00)
Niderland dənizdə külək enerjisi sahəsində əməkdaşlığa hazırdır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Niderland digər ölkələrlə dənizdə külək enerjisi, hidrogen və sualtı enerji infrastrukturunun mühafizəsi sahələrində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bəyan edib.

Trend xəbər verir ki, bunu Niderland Xarici İşlər Nazirliyinin əlaqəlilik məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi təchizat mənbələrinin və marşrutlarının şaxələndirilməsini tələb edir, çünki risklər dünyanın müxtəlif regionlarında yarana bilər.

“Biz də mənbələrin və marşrutların şaxələndirilməsinə çalışırıq. Rusiya qazının tədarükü azaldıqdan sonra biz sürətlə mayeləşdirilmiş təbii qazın idxalına keçdik və müvafiq infrastrukturu inkişaf etdirə bildik. Bu isə dənizə çıxışımızın olması sayəsində mümkün oldu”, – deyə o qeyd edib.

Niderland XİN-in nümayəndəsi vurğulayıb ki, ölkə dənizdə külək enerjisi sahəsində bacarıqlarını fəal şəkildə inkişaf etdirir və bu cür obyektlərin tikintisi və istismarı ilə bağlı təcrübəsini digər dövlətlərlə bölüşməyə hazırdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti