Əcnəbilər tərəfindən övladlığa götürülmüş uşaqların sayı açıqlandı

Cəmiyyət Materials 1 İyun 2026 17:18 (UTC +04:00)
Əcnəbilər tərəfindən övladlığa götürülmüş uşaqların sayı açıqlandı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə 7 uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən il 163 uşağın övladlığa götürülməsi qeydə alınıb.

Onlardan 7 uşaq əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb.

2026-cı ilin 1-ci rübü ərzində isə 24 uşağın övladlığa götürülməsi rəsmiləşdirilib.

Onların hamısı Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti