Rusiyadan ən çox araq alan ikinci ölkə Azərbaycandır

İqtisadiyyat Materials 1 İyun 2026 18:36 (UTC +04:00)
Rusiyadan ən çox araq alan ikinci ölkə Azərbaycandır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-aprel aylarında Rusiya arağının əsas alıcısı Qazaxıstan olub.

Trend xəbər verir ki, bu barədə Rusiyanın “Aqroeksport” federal mərkəzinin rəsmi “Telegram”kanalında deyilir.

Cari ilin ilk dörd ayı ərzində Qazaxıstan ümumilikdə 3,6 milyon ABŞ dolları dəyərində Rusiya arağı alıb. Bu göstəriciyə görə Qazaxıstan yaxın rəqiblərindən böyük fərqlə reytinq cədvəlinə liderlik edir.

Rusiyadan ən çox araq idxal edən ikinci ölkə isə Azərbaycan olub. Hesabat dövrü ərzində Rusiyadan Azərbaycana ixrac olunan arağın həcmi 42 faiz (900 tondan çox) artıb. İxrac dəyəri isə 55 faiz artaraq 2,2 milyon ABŞ dollarını ötüb.

İlk üçlüyü 1,7 milyon dollarlıq araq idxalı ilə Gürcüstan tamamlayır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti