Thonqlun Sisulit Prezident İlham Əliyevə məktub ünvanlayıb

Siyasət Materials 1 İyun 2026 19:54 (UTC +04:00)
Thonqlun Sisulit Prezident İlham Əliyevə məktub ünvanlayıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Laos Xalq Demokratik Respublikası xalqı adından və öz adımdan
Zati-alinizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Son illərdə Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıqdan çox məmnunam. Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və yaxşı səviyyədə olan əməkdaşlıq gələcək illərdə xalqlarımızın qarşılıqlı faydası, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və inkişaf edəcək.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar, dost Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti

Xəbər lenti