SOCAR prezident “Uzbekneftegaz”ın İdarə Heyətinin sədri ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirib

İqtisadiyyat Materials 1 İyun 2026 20:57 (UTC +04:00)
SOCAR prezident “Uzbekneftegaz”ın İdarə Heyətinin sədri ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 1-sə “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistanın “Uzbekneftegaz” ASC şirkətinin İdarə Heyətinin sədri Abdugani Sanginov ilə görüşüb.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun olaraq, iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda, SOCAR ilə “Uzbekneftegaz” ASC arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar qeyd olunub.

Söhbət zamanı “Bakı Enerji Həftəsi”nin regionda enerji məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi əhəmiyyəti vurğulanıb. Eləcə də cari ilin ötən ayında “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilən görüşlərin, həmçinin bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasının önəmi diqqətə çatdırılıb, layihə çərçivəsində görüləcək işlər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti