ABŞ-də 2 minə yaxın diplomat işdən çıxarılıb

Dünya xəbərləri Materials 1 İyun 2026 21:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin hazırkı administrasiyasının həyata keçirdiyi tədbirlər çərçivəsində son bir il ərzində təxminən 2 min yüksək rütbəli və sıravi amerikalı diplomat işdən çıxarılıb və ya təqaüdə getməyə məcbur olub.

Trend xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, jurnalistlərin söhbət etdiyi diplomatların əksəriyyəti bu mövzuda açıq danışmaqdan imtina edib. Məsələ ilə bağlı fikirlərini ictimaiyyətə açıqlayanlardan biri Kelli Adamz-Smit olub.

O, təxminən 30 illik diplomatik xidmətdən sonra 2024-cü ildə ABŞ-nin Moldovadakı gələcək səfiri vəzifəsinə təsdiqlənmişdi, lakin 2025-ci ilin fevralında Tramp administrasiyası onun təyinatını ləğv edib. “NBC News” qeyd edir ki, Adams-Smitə ABŞ Dövlət Departamentinin strukturunda başqa uyğun vəzifə təklif olunmayıb və nəticədə o, işdən ayrılmağa məcbur olub. Bundan əlavə, onun diplomat həyat yoldaşı da xidməti tərk edib.

Telekanal vurğulayıb ki, Dövlət Departamenti işdən çıxarılan əməkdaşlarla bağlı məlumat təqdim etməkdən imtina edib. NBC News əlavə edib ki, ixtisarlar və məcburi təqaüdə göndərilmələr nəticəsində ABŞ hazırda ciddi diplomatik kadr çatışmazlığı ilə üzləşib. Belə ki, Avropada ABŞ-nin 33 ölkədə səfiri olduğu halda, daha 17 səfir vəzifəsi hələ də boş qalır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti