SOCAR və “Shell” arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirildi

İqtisadiyyat Materials 1 İyun 2026 20:53 (UTC +04:00)
SOCAR və “Shell” arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirildi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 1-də “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Shell” şirkətinin icraçı vitse-prezidenti Valid Hadi ilə görüşüb.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Görüşdə şirkətlər arasında Azərbaycanda və digər ölkələrdə enerji sektorunun müxtəlif seqmentləri üzrə potensial əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda, bu gün SOCAR və “Shell” şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunub.

Tərəflər “upstream”, “midstream”, “downstream”, insan kapitalının inkişafı, tədqiqat və innovasiya, eləcə də süni intellektin tətbiqi sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti