Bakı.Trend:
ABŞ-nin sabiq prezidenti Barak Obamanın Ağ Evə rəhbərlik etdiyi dönəmdə işlətdiyi rəsmi “Instagram”hesabı kiberhücuma məruz qalıb.
Trend xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.
Portalın məlumatına görə, bazar günü keçmiş prezidentin hesabında qəribə bir kontent peyda olub və sonradan bunun haker tərəfindən yerləşdirilmiş material olduğu müəyyən edilib.
Nəşrin yazdığına görə, hesabda haker Obamanın adından bir neçə post paylaşıb. Postlardan birində süni intellekt tərəfindən generasiya edilmiş fotoda Ağ ev şiyələrin nəzarəti altındadır kimi tərcümə olunan yazı yer alır.
