Bakı. Trend:
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
"Qardaş Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq
duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə
davamlı tərəqqi və firavanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluğumu bildirirəm. Qardaş xalqlarımızın qarşılıqlı mənafeyinə xidmət naminə bu münasibətlərin daha da möhkəmləndirilməsi və yeni zirvələrə yüksəldilməsi istiqamətində fəaliyyətimizi davam etdirməyə sadiqliyimi bir daha təsdiq edirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
