Bakı. Trend:
Luka Modriç karyerasında 5-ci dəfə dünya çempionatında iştirak edəcək.
Trend xəbər verir ki, 40 yaşlı "Milan" yarımmüdafiəçisi Xorvatiya millisinin DÇ-2026 üçün yekun heyətinə daxil edilib. Komandanın açıqlanan siyahısı daha əvvəl yayımlanan ilkin heyətlə üst-üstə düşür.
Modriç bundan əvvəl 2006, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib.
Dünya çempionatlarına çağırılma sayında onu yalnız üç futbolçu qabaqlayır. Lionel Messi (Argentina), Kriştiano Ronaldo (Portuqaliya) və Qilhermo Oçoa (Meksika) öz milli komandalarının heyətinə 6 dəfə daxil ediliblər.