SOCAR-ın prezidenti “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

İqtisadiyyat Materials 2 İyun 2026 00:01 (UTC +04:00)
SOCAR-ın prezidenti “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 1-də “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

SOCAR-dan Trend-ə bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında enerji sektoru üzrə əlaqələrin uğurlu inkişaf etdiyi qeyd olunub, SOCAR ilə “KazMunayGas” şirkəti arasında formalaşmış əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Söhbət zamanı Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsinin uğurla davam etdirildiyi bildirilib və bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. Tərəflər üçüncü ölkələrdə birgə investisiya imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti