Balakəndə fərdi yaşayış evində yanğın olub (VİDEO)

Hadisə Materials 1 İyun 2026 23:58 (UTC +04:00)
Balakəndə fərdi yaşayış evində yanğın olub (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Mahamalar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 448kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 78kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti