Bakı. Trend:
Azərbaycanın minifutbol millisi Slovakiyada təşkil olunan Avropa çempionatında uğurlu çıxışını davam etdirərək 1/4 final mərhələsinə yüksəlib.
Trend xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda 1/8 finalda Qazaxıstan millisi ilə qarşılaşıb.
"Tipos Arena"da keçirilən gərgin mübarizə Azərbaycan yığmasının
3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində fərqlənən
futbolçular Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov
olublar.