Astaranın bir sıra ərazilərində işıq olmayacaq

Cəmiyyət Materials 2 İyun 2026 01:51 (UTC +04:00)
Astaranın bir sıra ərazilərində işıq olmayacaq

Bakı. Trend:

Bu gün Astaranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.

Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan "Lovain" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti