Bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 2 İyun 2026 05:55 (UTC +04:00)
Bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Bu gün Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Təmir-quraşdırma işlərinin aparılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Türkan kəndinin, Türkan qəsəbəsinin və Türkan bağlar yaşayış massivinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti