Azərbaycan və ABŞ Zəngəzur dəhlizini müzakirə etdi

Cəmiyyət Materials 2 İyun 2026 09:43 (UTC +04:00)
Azərbaycan və ABŞ Zəngəzur dəhlizini müzakirə etdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.

Bildirilib ki, görüş zamanı rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də ölkəmizdə data mərkəzinin tikintisi məqsədilə ABŞ dövlət qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti