Sağlam Radio 93 FM iki ilini qeyd edir (VİDEO)

Cəmiyyət Materials 2 İyun 2026 10:41 (UTC +04:00)
Sağlam Radio 93 FM iki ilini qeyd edir (VİDEO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyinin sıx əməkdaşlığı olan Sağlam Radio 93 FM fəaliyyətə başlamasının iki ilini qeyd edir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki il ərzində Sağlam Radio dinləyicilərə etibarlı tibbi məlumatların çatdırılması, sağlam həyat tərzinin təşviqi və əhalinin tibbi maarifləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərib. Radio efirində yüzlərlə həkim, Səhiyyə Nazirliyinin mütəxəssis- ekspertləri və bu sahəsinin rəsmi nümayəndələri çıxış edərək vətəndaşları maraqlandıran sualları cavablandırıblar.

Bu gün Sağlam Radio 93 FM ölkəmizdə səhiyyə sahəsində ixtisaslaşmış aparıcı media platformalarından biri kimi fəaliyyətini uğurla davam etdirir.

Sağlam Radio kollektivini və dinləyicilərini ikiillik yubiley münasibətilə təbrik edir, yeni uğurlar arzulayırıq.

Xəbər lenti

Xəbər lenti