İsrail parlamenti özünün buraxılması barədə qərar qəbul edib

Dünya xəbərləri Materials 2 İyun 2026 10:26 (UTC +04:00)
İsrail parlamenti özünün buraxılması barədə qərar qəbul edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail parlamentinin – Knessetin deputatları növbədənkənar özünüburaxma haqqında qanun layihəsini birinci oxunuşda yekdilliklə qəbul ediblər.

Trend xəbər verir ki, bu barədə İsrail mediası səsvermənin nəticələrinə istinadən məlumat yayıb.

Sənədin qəbulunun lehinə Knessetin 106 deputatı səs verib, əleyhinə isə heç bir səs qeydə alınmayıb. Bundan əvvəl qanun layihəsi Knessetin müvafiq komitəsi tərəfindən də təsdiqlənmişdi.

Mayın sonunda Knesset özünüburaxma haqqında qanun layihəsini ilkin oxunuşda qəbul etmişdi. Qanun qüvvəsinə minməsi üçün sənəd parlamentin plenar iclaslarında daha üç oxunuşdan keçərək təsdiqlənməlidir.

İsrail qanunvericiliyinə əsasən, növbəti parlament seçkiləri ölkədə ən geci 27 oktyabr 2026-cı il tarixinədək keçirilməlidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti