Tramp Azərbaycana səfir vəzifəsinə namizəd irəli sürdü

Siyasət Materials 2 İyun 2026 10:18 (UTC +04:00)
Tramp Azərbaycana səfir vəzifəsinə namizəd irəli sürdü
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp Azərbaycanda ölkəsinin səfiri vəzifəsinə Aleksandr Oldenin namizədliyini irəli sürüb.

Trend bu barədə Ağ Evin rəsmi saytına istinadən xəbər verir.

Qeyd edək ki, Olden əvvəllər ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda rəhbər vəzifələrdə çalışıb.

Dövlət katibinin münaqişələr və sabitləşdirmə əməliyyatları üzrə köməkçisinin səlahiyyətlərini icra edən şəxs qismində o, 2020-ci ildə qəbul edilmiş ABŞ-nin Münaqişələrin qarşısının alınması və sabitliyə vasitəçilik Strategiyasının icrasına cavabdeh olub.

Dövlət katibinin Avropa məsələləri üzrə köməkçisinin müavini vəzifəsində Olden ABŞ və Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərib.

Milli Təhlükəsizlik Şurasında o, yeni texnologiyalar üzrə baş direktor və müdafiə siyasəti üzrə direktor vəzifələrini tutub, burada kritik və perspektivli texnologiyalar üzrə idarələrarası komitə yaradaraq ona rəhbərlik edib.

Xatırladaq ki, ABŞ-nin Azərbaycandakı əvvəlki səfiri Mark Libbi 2024-cü ilin dekabrında, səhhətində yaranmış problemlərlə əlaqədar bu vəzifədən istefa verdiyini açıqlamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti