Rusiyanın məhdudiyyətləri insanları Aİİ-yə qarşı yönəldir - Paşinyan

Dünya xəbərləri Materials 2 İyun 2026 14:29 (UTC +04:00)
Rusiyanın məhdudiyyətləri insanları Aİİ-yə qarşı yönəldir - Paşinyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Erməni məhsullarının idxalına qoyulan məhdudiyyətlər insanları Avrasiya İqtisadi İttifaqına (Aİİ) qarşı kökləyir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Parlament seçkilərinə hazırlaşan Paşinyan Rusiyada son günlər erməni istehsalı olan məhsullara, o cümlədən meyvə-tərəvəzə qarşı tətbiq olunan məhdudiyyətlərə münasibət bildirib.

“Bu, mənim fikrimcə, yanlış addımlardır, çünki onlar insanları Avrasiya İqtisadi İttifaqına qarşı kökləyir. Mən də Aİİ-də yüksək vəzifəli məmur kimi bunu problem hesab edirəm. Lakin biz bütün problemləri həll edəcəyik”, – deyə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, mayın 30-da Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) bildirib ki, Rusiya Ermənistandan bəzi giləmeyvə növləri və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər siyahısına pomidor, xiyar, bibər, yaşıl göyərtilər və çiyələk daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti