Müəllimlərin nəzərinə: elektron sənəd qəbulu mərhələsi başlayır

Gündəm Materials 2 İyun 2026 15:10 (UTC +04:00)
Müəllimlərin nəzərinə: elektron sənəd qəbulu mərhələsi başlayır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

Xəbər lenti

Xəbər lenti