Bakı.Trend:
Qazaxıstanın Jambıl vilayətinə hərbi təyinatlı pilotsuz uçuş aparatı düşüb.
Trend bu barədə Qazaxıstan mediasına istinadən xəbər verir.
Ökənin Müdafiə Nazirliyi ölkənin cənubuna hərbi dronun düşməsi xəbərini təsdiqləyib.
“İyunun 2-də Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Müdafiə Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının planlı təlim uçuşu zamanı onun Jambıl vilayətinin Talas rayonunun ərazisinə ştatdan-kənar enişi baş verib”, -deyə nazirliyin məlumatında qeyd olunur.
Bildirilir ki, dronun düşməsi nəticəsində zərərçəkən və dağıntı qeydə alınmayıb.
İnsidentin texniki nasazlıqla əlaqədar olduğu güman edilir.
