Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gedib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Belqrad şəhərinin Nikola Tesla beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Serbiya Milli Assambleyasının Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
