“Qarabağ” yatağının işlənməsi üzrə yekun investisiya qərarı yaxın vaxtlarda qəbul ediləcək

Energetika Materials 2 İyun 2026 14:45 (UTC +04:00)
“Qarabağ” yatağının işlənməsi üzrə yekun investisiya qərarı yaxın vaxtlarda qəbul ediləcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

“Qarabağ” yatağının işlənməsi üzrə yekun investisiya qərarı yaxın zamanda qəbul ediləcək.

Trend xəbər verir ki, bunu bp-nin hasilat və əməliyyat fəaliyyəti üzrə icraçı vitse-prezidenti Qordon Birrell Bakıda keçirilən Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, “Qarabağ” yatağı bir neçə il əvvəl kəşf olunub və artıq yaxşı öyrənilmiş aktiv hesab edilir.

Birrelin sözlərinə görə, müxtəlif dövrlərdə bir sıra şirkətlər bu yatağın işlənməsinə maraq göstərib.

Qordon Birrell bildirib ki, bp yatağın kommersiyalaşdırılması üçün ən müasir texnologiyalardan istifadə etməyi planlaşdırır.

“Xüsusilə layihə çoxşaxhəli quyuların qazılmasını, eləcə də dəniz əməliyyatlarının həyata keçirilməsi üçün zəruri avadanlıqların paket şəkildə tətbiqini nəzərdə tutur”, – deyə o qeyd edib.

bp rəsmisi vurğulayıb ki, bu texnologiyaların tətbiqi layihəni investisiya baxımından daha cəlbedici edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti