Bakı.Trend:
Ermənistanın hərbi hissələrindən birində erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.
Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həlak olan hərbçi 2027-ci ilin yanvar ayında həqiqi hərbi xidmətdən təxris olunmalı idi.
Hadisənin araşdırılması üçün istintaq başlanılıb. Digər təfərrüatlar açıqlanmır.
