AÇG dərin yataqlarında neft hasilatı bu payız başlayır

Energetika Materials 2 İyun 2026 13:36 (UTC +04:00)
AÇG dərin yataqlarında neft hasilatı bu payız başlayır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Azəri-Çıraq-Günəşli"nin (AÇG) dərin yataqlarının dibində yeni neft həlqəsindən hasilat sentyabrda başlanacaq.

Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şirkət yeni kəşf olunmuş neft ehtiyatlarının həcmini dəqiqləşdirmək üçün hasilat quyusu qazmağa başlayıb.

Regional prezidentin sözlərinə görə, əvvəldən bu ərazidə neft ehtimalı mövcud olsa da, ehtiyatların dəqiq həcmi məlum olmayıb. Buna görə də neft həlqəsindən hasilata başlamaq və real göstəriciləri müəyyənləşdirmək məqsədilə quyu qazılıb.

Cio Kristofoli qeyd edib ki, bu quyu vasitəsilə həm də neft həlqəsinin ölçüsü və potensialı barədə daha dəqiq məlumat əldə ediləcək.

O bildirib ki, hasilatın sentyabr ayında başlanması planlaşdırılır və bu proses yeni kəşf olunmuş neft ehtiyatlarının həcminin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

bp rəsmisi əlavə edib ki, quyudan əldə olunacaq məlumatlar yatağın gələcək inkişaf strategiyasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşıyır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti