Azərbaycan, Qazaxıstan və Özbəkistan enerjisistem rəhbərliyi müzakirələr edib

Energetika Materials 2 İyun 2026 13:22 (UTC +04:00)
Azərbaycan, Qazaxıstan və Özbəkistan enerjisistem rəhbərliyi müzakirələr edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “Qazaxıstan Elektrik Şəbəkəsini İdarəetmə Şirkəti” SC-nin İdarə Heyətinin sədri Nəbi Aytjanov və Özbəkistan Milli Enerji Şəbəkəsinin İdarə Heyəti sədrinin müavini Feruz Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

“AzərEnerji”dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda yeni texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası ətrafında müzakirələr aparılan görüşdə, Azərbaycanda yeni işə salınan 250 gücündə / 500 MVt saat tutumu olan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı təcrübə mübadiləsi edilib.

Görüşdə əməkdaşlığın gələcək inkişafının intensivləşdirilməsi və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti