Lökbatanda iki gün su olmayacaq

Cəmiyyət Materials 2 İyun 2026 14:38 (UTC +04:00)
Lökbatanda iki gün su olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qaradağ rayonunun Lökbatan qəsəbəsində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, yeni çəkilən su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar olaraq 2 iyun gecə saatlarından 4 iyun günorta saatlarınadək qəsəbəyə içməli suyun verilməsi dayandırılacaq.

Qeyd olunub ki, işlər başa çatdıqdan sonra su təchizatı mərhələli şəkildə bərpa ediləcək.

ADSEA yaranan müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edib və buna görə təşəkkürünü bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti