SOCAR Azərbaycanda geoloji kəşfiyyatın sürətləndirilməsi imkanlarını nəzərdən keçirir

İqtisadiyyat Materials 2 İyun 2026 12:43 (UTC +04:00)
SOCAR Azərbaycanda geoloji kəşfiyyatın sürətləndirilməsi imkanlarını nəzərdən keçirir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

SOCAR Azərbaycanda geoloji kəşfiyyat işlərinin sürətləndirilməsi imkanlarını nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, layihələr müəyyən meyarlar əsasında seçilir və onların hansının müstəqil şəkildə həyata keçirilə biləcəyi, hansının isə risklərin və xərclərin bölüşdürülməsi məqsədilə tərəfdaşların cəlb olunmasını tələb etdiyi qiymətləndirilir.

Vitse-prezidnet həmçinin qeyd edib ki, şirkət geologiya elmləri və yeraltı tədqiqatlar üzrə mütəxəssis komandasının formalaşdırılması, yeni alətlərin tətbiqi və məlumatların təhlili istiqamətində işləri gücləndirib.

“Hazırkı strategiya çərçivəsində geoloji kəşfiyyat işləri üç əsas istiqamət üzrə aparılır: quruda, Orta Xəzərin akvatoriyasında və Xəzərin cənubunda. Quruda isə Şamaxı–Qobustan, Yevlax–Ağcabədi və digər perspektiv zonalar ayrılır”, – deyə o bildirib.

Şirkətin vitse-prezidenti vurğulayıb ki, Xəzərin ofşor hissəsində daha dərin üfüqlər o cümlədən preproduktiv seriya nəzərdən keçirilir və bir sıra layihələr artıq qazmaya hazırlıq mərhələsindədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti