Neft-qaz sektorunda yeni texnologiyaların tətbiqi ciddi səylər tələb edir - SOCAR

İqtisadiyyat Materials 2 İyun 2026 14:43 (UTC +04:00)
Neft-qaz sektorunda yeni texnologiyaların tətbiqi ciddi səylər tələb edir - SOCAR
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Neft-qaz sektorunda yeni texnologiyaların uğurla tətbiqi onların işlənib hazırlanması qədər ciddi səylər tələb edir.

Trend xəbər verir ki, bunu "SOCAR Upstream Management International LLC"nin baş direktorunun müşaviri Ayaz Əmirov Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel sessiyada bildirib.

Onun sözlərinə görə, neft-qaz şirkətləri təkcə innovativ həllərin yaradılması zamanı deyil, həm də onların praktik tətbiqi mərhələsində ciddi çətinliklərlə üzləşirlər.

“Yeni texnologiyanın tətbiqinin mürəkkəbliyi onun ixtirasının mürəkkəbliyi ilə müqayisə oluna bilər. Təklif edilən həllin həqiqətən işləyəcəyinə və nəticə verəcəyinə insanları inandırmaq lazımdır”, – deyə o qeyd edib.

Ayaz Əmirov vurğulayıb ki, əsas vəzifələrdən biri bu texnologiyalardan istifadə edəcək mütəxəssislər və şirkətlər arasında onlara etimadın formalaşdırılmasıdır.

Onun sözlərinə görə, SOCAR qabaqcıl dünya təcrübəsini fəal şəkildə araşdırır, texnoloji həllər üzrə təchizatçılarla əməkdaşlıq edir və onların regiondakı əməliyyat şirkətlərində tətbiqinə dəstək göstərir.

“Bizim məqsədimiz ən perspektivli texnologiyaları müəyyən etmək və onların operatorların fəaliyyətinə tətbiqinə yardım etməkdir. Nəticə etibarilə bundan yalnız şirkət deyil, bütövlükdə ölkə fayda əldə edir”, – deyə o bildirib.

SOCAR nümayəndəsi innovasiyaların tətbiqinin sürətləndirilməsi üçün sektor iştirakçılarının bir araya gətirilməsinin və şirkətlər arasında təcrübə mübadiləsi üçün şərait yaradılmasının vacibliyini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti