Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2026 15:30 (UTC +04:00)
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib.

Trend xəbər verir ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Şərqi Avropada Yaşayan Azərbaycanlıların Çexiya üzrə Koordinasiya Şurasının və “Land of Fire” Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, komitə və fondun əməkdaşları, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, İspaniya, Bosniya və Herseqovina, eləcə də İtaliyanın Çexiyadakı səfirliklərinin nümayəndələri, ictimai-siyasi və mədəniyyət xadimləri, ölkəmizə dost münasibəti bəsləyən icmaların üzvləri iştirak ediblər.

Xalq artistləri Faiq Sücəddinov və Əlixan Səmədovun, Əməkdar artistlər Şölə Səfərəliyeva, Kamran Kərimov və Elnur Mikayılovun, “Simurq” Muğam Ansamblının, eləcə də tanınmış muğam ifaçısı, xanəndə Mirələm Mirələmovun Azərbaycanın zəngin milli musiqi irsini, muğam sənətinin incəliklərini və mədəni dəyərlərini əks etdirən ifaları ilə tamaşaçılara unudulmaz musiqi anları bəxş olunub. Çexiyada yaşayan soydaşımız, 2020-ci ildə “İlin Adamı” seçilən skripka ifaçısı Canel Nəcəflinin səsləndirdiyi musiqilər zövq oxşayıb. Qonaqlar həm Azərbaycanın mədəni zənginliyinə, həm də muğam sənətinin nadir bənzərsizliyinə heyran qalıblar, bu musiqi təntənəsi isə tədbir iştirakçıları üçün uzun müddət yadda qalacaq bir mədəniyyət ziyafətinə çevrilib.

Konsertin sonunda qonaqlar yüksək təşkilatçılığa, zəngin musiqi proqramına və yaradılan səmimi ab-havaya görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Bu cür tədbirlərin xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti