Almaniyada azərbaycanlıya təcavüz edən ərəblər mühakimə olunur

Dünya xəbərləri Materials 2 İyun 2026 16:25 (UTC +04:00)
Almaniyada azərbaycanlıya təcavüz edən ərəblər mühakimə olunur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniya məhkəməsində Suriya və İraqdan olan beş təqsirləndirilən şəxsdən dördü azərbaycanlı qıza qarşı törədilmiş qrup halında zorlama faktı üzrə təqsirli olduqlarını etiraf ediblər.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, yaşı 17-dən 27-yə qədər olan beş nəfərin məhkəmə prosesi qapalı keçirilir.

Prokurorluq beş kişini ötən ilin 18 oktyabr tarixində Haynsberq-Unterbruxda yerləşən mənzildə 17 yaşlı qızı zorlamaqda ittiham edir. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər azyaşlını itaət etməyə məcbur etmək üçün onu elektroşokerlə hədələyiblər. Prokurorluğun açıqlamasına əsasən, qız müttəhimlərdən biri ilə tanış olub. O, hadisədən bir gün sonra polisə müraciət edib.

Bundan sonra polis xüsusi təyinatlı bölməni əməliyyata cəlb edib. Buna əsas səbəb əməkdaşların kişilərin odlu silaha malik ola biləcəyindən şübhələnməsi olub. Mənzildə aparılan axtarış zamanı həqiqətən də tapança və elektroşoker aşkar edilib.

Bu iş üzrə hökmün iyul ayında elan ediləcəyi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti