Rusiyanın qəbul etmədiyi erməni məhsulları başqa ölkələrə göndərilib

Dünya xəbərləri Materials 2 İyun 2026 16:51 (UTC +04:00)
Rusiyanın qəbul etmədiyi erməni məhsulları başqa ölkələrə göndərilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyaya idxalı qadağan edilmiş erməni məhsullarının ilk partiyası artıq başqa ölkələrə göndərilib.

Trend xarici mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə verdiyi açıqlamada bildirib.

Bundan əvvəl Ermənistanın hökumət başçısı Rusiyanın Ermənistanda istehsal olunan məhsullara, o cümlədən meyvə-tərəvəz və balıq məhsullarına qoyulmuş məhdudiyyətləri şərh edərək, bu kimi addımların insanları Avrasiya İqtisadi İttifaqına qarşı köklədiyini bildirmişdi. Ermənistanın İqtisadiyyat naziri isə Rusiya bazarına alterativ olan bazarların axtarışına başladıqların diqqətə çatdırmışdı.

“Biznes nümayəndə heyətləri artıq (bu məsələnin) üzərində işləyir. Qızılgül və tərəvəzdən ibarət ilk partiya artıq göndərilib, onlar yerinə çatdıqdan sonra sizə hansı ölkələrə göndərildiyini deyəcəyəm. Heç bir məhsul yerdə qalmayacaq. Söhbət Avropa İttifaqı və başqa bazarlardan gedir”, - deyə Paşinyan bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti