Bakı. Trend:
Myanma İttifaqı Respublikasının Prezidenti Min Aung Hlaing Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
"Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Zati-alinizə və xalqınıza Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
