Azərbaycan və Gürcüstan enerji əməkdaşlığı müzakirə olunub

İqtisadiyyat Materials 2 İyun 2026 17:41 (UTC +04:00)
Azərbaycan və Gürcüstan enerji əməkdaşlığı müzakirə olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevlə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini İnqa Pxaladzenin görüşü olub.

Bu barədə Trend-ə “AzərEnerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, “Gürcüstan Dövlət Elektrik Sistemi” ASC-nin direktoru Vano Zardiaşvilinin də iştirak edtdiyi görüşdə iki ölkə arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə müasir rəmsal texnologiyalar, bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası, enerjisitemlər arasında əlaqələr və digər mövzularda fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti