Azərbaycan Avrasiyanın enerji logistikasında daha mühüm rol oynaya bilər

İqtisadiyyat Materials 2 İyun 2026 17:45 (UTC +04:00)
Azərbaycan Avrasiyanın enerji logistikasında daha mühüm rol oynaya bilər
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Alternativ qaz nəqli üsullarının inkişafı və ənənəvi boru kəməri infrastrukturunun paralel olaraq genişləndirilməsi sayəsində Azərbaycan Avrasiyanın enerji logistikasında daha mühüm rol oynaya bilər.

Trend xəbər verir ki, bunu CIMIC ENRIC şirkətinin MDB ölkələri bazarlarında satışlar üzrə meneceri Veysuan Çen Bakıda keçirilən 31-ci Beynəlxaq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel sessiyasında bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi artıq bu gün Avropaya təbii qaz tədarükünün əsas marşrutlarından biri kimi çıxış edir və regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

“Qaz dəhlizi hər il böyük həcmdə təbii qazı uzun məsafələrə Avropa ölkələrinə nəql edir, lakin boru kəməri infrastrukturu ərazilərin əhatə olunması baxımından müəyyən məhdudiyyətlərə malikdir”, – deyə o qeyd edib.

Çen vurğulayıb ki, tədarükün səmərəliliyini daha da artırmaq üçün magistral boru kəmərləri ilə əhatə olunmayan bölgələrə qazın çatdırılmasını təmin edə biləcək əlavə nəqliyyat həlləri inkişaf etdirilməlidir.

“Söhbət "son kilometr" adlandırılan problemdən gedir. Boru kəməri infrastrukturunun olmadığı regionlarda qazın daha aşağı xərclərlə daşınmasını təmin edən səyyar həllərdən istifadə etmək mümkündür”, – deyə CIMC ENRIC nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Asiya və Avropa arasında artan nəqliyyat-logistika marşrutlarının əhəmiyyəti Azərbaycanın coğrafi mövqeyini beynəlxalq enerji tədarükü baxımından daha da önə çıxarır.

“Gələcəkdə qazın daşınması yalnız boru kəmərlərindən asılı olmayacaq. Müxtəlif çatdırılma üsullarının kombinasiyası enerji əməkdaşlığının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək və tədarükün səmərəliliyini artıracaq”, – deyə Çen vurğulayıb.

O əlavə edib ki, qaz nəqli üzrə yeni texnologiyaların inkişafı mövcud infrastrukturu tamamlayaraq Avrasiya ölkələri arasında enerji əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yaradacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti