Bakı. Trend:
Mingəçevirdə ana və azyaşlı övladını avtomobil vurub.
Trend-in məlumatına görə, hadisə bu gün saat 10:00 radələrində baş verib.
Belə ki, İbrahim Şükürlünün idarə etdiyi “BMW” markalı avtomobil yolu keçən piyadalar - 28 yaşlı Türkan Nəsirova və onun 2 yaşlı oğlunu vurub.
Hadisə nəticəsində xəsarət alan ana və övladı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
