ABŞ Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlar aparır

Dünya xəbərləri Materials 2 İyun 2026 14:42 (UTC +04:00)
ABŞ Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlar aparır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Avropanın daha bir neçə ölkəsində öz nüvə silahını yerləşdirmək məqsədilə danışıqlar aparır.

Trend xəbər verir ki, bu barədə "Financial Times" danışıqların gedişi ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb.

Hazırda belə silahlı təyyarələr altı ölkədə yerləşdirilib. Rusiya sərhədlərinə daha yaxın yerləşən NATO üzvləri, o cümlədən Polşa və Baltikyanı ölkələr, öz ərazilərində bombardmançıların yerləşdirilməsində maraq göstəriblər.

Nüvə silahı daşıya bilən Amerika bombardmançılarının yerləşdiyi ölkələrin siyahısının genişləndirilməsi ilə bağlı müzakirələr ABŞ-nin NATO üzrə müttəfiqlərini ənənəvi hərbi dəstəyin azaldılmasının təhlükəsizlik zəmanətlərini zəiflətməyəcəyinə inandırmağı hədəfləyir.

Nüvə silahı daşıya bilən ikili təyinatlı Amerika təyyarələri (Dual Capable Aircraft, DCA) hazırda Belçika, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland və Türkiyə ərazisində yerləşdirilib. ABŞ Avropadakı nüvə arsenalı üzərində tam nəzarəti saxlayır və onların təhlükəsizliyini təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti