Bakı. Trend:
İsrail və Livan münaqişəyə son qoymaq üçün danışıqların dördüncü mərhələsində irəliləyiş əldə ediblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqot deyib.
"Siyasət və təhlükəsizlik məsələləri üzrə irəliləyiş davam edir. Biz son 20 ilin uğursuzluqlarını aradan qaldıraraq Livanın suverenliyinin bərpasına və İsrailin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş hərtərəfli sazişə doğru irəliləyirik", - deyə o bildirib.
Danışıqlar çərşənbə günü davam edəcək.
