İran ABŞ-nin hücumlarını sərt şəkildə qınayıb

Dünya xəbərləri Materials 3 İyun 2026 12:35 (UTC +04:00)
İran ABŞ-nin hücumlarını sərt şəkildə qınayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ötən gecə ABŞ-nin Hörmüz boğazında İranın bir neft tankeri və Hörmüzqan vilayətinin Qeşm adasında kommunikasiya qovşağına hücumları sərt şəkildə qınayır.

Trend xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, bu hücumlar 8 aprel atəşkəs razılaşmasının pozulması, eyni zamanda BMT nizamnaməsi və beynəlxalq hüququnun açıq-aşkar şəkildə pozulması hesab olunur.

İran Xarici İşlər Nazirliyi İran əleyhinə hücumlar üçün region ölkələrinin ərazisindən istifadə edən ABŞ-nin hərəkətlərini qınayır və Küveyt və Bəhreynə ötən gecəki hücumla əlaqədar məsuliyyətli olduğunu xatırladır.

“İran əleyhinə hərbi hücumu həyata keçirmək və yaxud ərazisində yerləşən hərbi bazalarından istifadə etmək imkanı yaratmaq beynəlxalq hüquq və qonşuluq prinsiplərinin açıq-aşkar pozulmasıdır və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə uyğun olaraq təcavüzkar addım hesab olunur”, - deyə bəynatda qeyd olunur.

Nazirlikdən bildirilib ki, İran öz ərazi bütövlüyü və suverenliyini müdafiə etmək, hücumlara qarşılıq vermək, o cümlədən hücumların həyata keçirildiyi məkanları vurmaq üçün bütün imkanlarından istifadə edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti