Bakı. Trend:
Madrid "Real"ı bu yayın ilk transferini reallaşdırmağa yaxındır.
Trend xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, "Kral klubu" "Inter" və Niderland millisinin müdafiəçisi Denzel Dumfris ilə bağlı danışıqları uğurla yekunlaşdırıb. Tərəflər transferin bütün detallarını razılaşdırıblar.
Bildirilib ki, Madrid təmsilçisi futbolçunun müqaviləsində nəzərdə tutulan 20 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. 30 yaşlı müdafiəçi də karyerasını "Real"da davam etdirməyə razılıq verib.
Məlumata əsasən, transferin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.