Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2026 20:15 (UTC +04:00)
Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Livanın Kavaşra kəndində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə Kavaşra Bələdiyyəsinin sədri Məhəmməd Xalid Abdulla, Kavaşra Gənclər Komitəsinin sədri Abdul Qadir Xodr və komitə üzvləri, ictimaiyyət nümayəndələri, müəllimlər, tələbələr və şagirdlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim “Azərbaycan Evi”nin şagirdlərinin hazırladığı bədii proqramla davam edib. Proqramda Azərbaycanın müstəqillik tarixi, dövlətçilik ənənələri və Müstəqillik Gününün əhəmiyyəti barədə təqdimat nümayiş olunub.
Yeniyetmə və gənclərin söylədiyi “Azərbaycan” və “28 May” şeirləri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Sonda belə görüşlərin Azərbaycan ilə Livan arasında dostluq münasibətlərinin, mədəni əlaqələrin və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb, tədbirin təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkür ifadə olunub.

Xəbər lenti

Xəbər lenti