Bakıda daha 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək

Cəmiyyət Materials 2 İyun 2026 18:09 (UTC +04:00)
Bakıda daha 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu marşrutlar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Buzovna qəsəbəsi və Maştağa qəsəbələri ilə əlaqələndirir.

İyunun 3-dən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti