Azərbaycan və ABŞ TRIPP layihəsini müzakirə ediblər - Kaleb Orr

İqtisadiyyat Materials 2 İyun 2026 18:18 (UTC +04:00)
Azərbaycan və ABŞ TRIPP layihəsini müzakirə ediblər - Kaleb Orr
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və ABŞ arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) müzakirə olunub.

Trend-in verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən brifinqdə bildirib.

O bildirib ki, bu gün ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri və müvafiq mütəxəssisləri ilə regional əlaqə, ticarət, tranzit, o cümlədən Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu, ticarətin asanlaşdırılması və aviasiya əməkdaşlığı sahəsindəki irəliləyişləri ətraflı müzakirə dilib.

ABŞ Dövlət Katibinin köməkçisi qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələrində Amerika şirkətlərinin marağını artıracaq investisiya mühitinin yaradılması üçün konkret ideyalar, eləcə də ABŞ-a, xüsusən də enerji sektoruna Azərbaycan investisiyalarının artırılması məsələləri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti